Son söz
Sevgi haqqında belə bir kitab yazmağımızın və bu mövzuya xüsusilə diqqət verməyimizin ən mühüm səbəblərindən biri cənnət əxlaqında sevginin çox böyük bir əhəmiyyət kəsb etməsidir. Axirətdə Allahın iman gətirən bəndələri üçün hazırladığı sonsuz cənnət yurduna qovuşmaq istəyən və orada peyğəmbərlər, salehlər və doğrularla birlikdə sonsuza qədər yaşamaq istəyən bir insan dünyada ikən sevməyi mütləq öyrənməli və seviləcək xüsusiyyətlərə sahib olmalıdırlar. Çünki cənnətin ən böyük gözəlliklərindən biri bir-birini çox sevən, gözəl əxlaqlı insanların sonsuza qədər davam edən dostluqlarıdır.
Cənnətdə sonsuza qədər sevgi və dostluq içində yaşaya bilməyin yolu isə Allahı çox sevmək və Allahın Quranda bildirdiyinə görə müttəqilər («Tövbə» surəsi, 4), arınanlar («Tövbə» surəsi, 108), adil olanlar («Hucurat» surəsi, 9), yaxşılıq edənlər («Bəqərə» surəsi, 195), təmizlənənlər («Bəqərə» surəsi, 222), tövbə edənlər («Bəqərə» surəsi, 222), səbir edənlər («Ali-İmran» surəsi, 146), çəkinənlər («Ali-İmran» surəsi, 76) və təvəkkül edənlərdir («Ali-İmran» surəsi, 159).
Peyğəmbərimizin (s.ə.v.) sevgi üçün etdiyi dua Allaha və möminlərə qarşı olan sevginin əhəmiyyətini dərk etməyimizə görə bizə gözəl bir nümunə olmuşdur:
«Rəsulullah (s.ə.v.) bir dəfə dua edərkən belə buyurdu: «Ya Rəbbi! Mənə öz sevgini, sevdiklərinin sevgisini və məni Sənin sevginə yaxınlaşdıracaq sevgini ehsan et və Öz sevgini mənə hərarətdən, susuzluqdan yananların soyuq suya qovuşmağı istəmələrindən də artıq sevgili et».16